Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Ömər Eldarov Lütfi Zadənin müzakirələrə səbəb olan abidəsindən danışdı

Ömər Eldarov Lütfi Zadənin müzakirələrə səbəb olan abidəsindən danışdı

“Həm onunla görüşərkən gördüklərimdən, həm də bir neçə video və fotolara baxaraq, obrazını yaratmağa çalışdım”

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi artıq hazırdır. Abidənin açılışı sentyabrın 6-da olacaq.

Qeyd edək ki, abidənin müəllifi xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Abidənin açılışına bir neçə gün qalsa da, artıq sosial şəbəkələrdə alimin 4 aya başa gələn qəbirüstü abidəsinin görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət abidənin Lütfi Zadəni əks etdirmədiyini, hansısa sənətkarın bənzəri olduğunu, bir sözlə bəyənmədiklərini qeyd edib.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı xalq rəssamı, heykəltəraş Ömər Eldarovun mövqeyini öyrənməyə çalışıb. Heykəltəraş müzakirələrə səbəb olan abidənin mənasını bu cür açıqlayıb:

xalq rəssamı, heykəltəraş Ömər Eldarov ile ilgili görsel sonucu

“Mən göstərməyə çalışdım ki, Lütfi Zadə çox böyük alimdir. O, riyaziyyatda çox böyük elmi açılış edib. Abidənin arxa hissəsində qranitdən arkaya bənzər bir şey var. Bu, rəmzdir. Orada formula yazılıb. Həmin formula riyaziyyatda çox böyük, inqilab kimi iş olub. Yəni, elmin bu qapıları çox ağır olsa da, Lütfi Zadə onu aça bilir. Bunun rəmzini heykəltəraşlığın dili ilə verməyə çalışmışam”.

Ömər Eldarov alimin elm adamına deyil, sənətkara bənzəməsi ilə bağlı müzakirələrə isə bu cür münasibət bildirdi:“Əksəriyyət Lütfi Zadəni çox da yaxşı tanımır.  O, çox sadə adam idi. Onun çox düzgün bədən forması olub, məsələn, qarnı olmayıb, əlləri, qolları uzun olub. Yəni, fiziki baxımdan necə idisə, abidəsi də o cürdür.

Mən Lütfi Zadəni yaxından yalnız iki dəfə görmüşəm. Bir dəfə onun da iştirak etdiyi iclasların birində oturub onu kənardan diqqətlə izləyirdim. Həm onda gördüklərimdən, həm də bir neçə video və fotolara baxaraq, obrazını yaratmağa çalışdım”.

Ömər Eldarov abidə hazırlayarkən alimin yaxın qohumu, Mədəniyyət və İncəsənət Universitetinin professoru, tanınmış teatr rejissoru Cənnət Səlimova ilə məsləhətləşib, razılığını alıb:

“Prezident də mənə dedi ki, abidəni hazırlayarkən onun qohumu Cənnət xanımla danışım, onunla razılaşım. Mən də Cənnət xanımla tanış oldum, eskizlərimi ona göstərdim. Sonuncu eskizi də göstərəndə o, çox bəyəndi və mənə ”çox sağ olun” dedi”.

Qeyd edək ki, Lütfi Zadənin yaxın qohumu Cənnət Səlimova mətbuata açıqlama verərək, alimin qəbirüstü abidəsini çox bəyəndiyini bildirib.

Xatırladaq ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadə 2017-ci ilin sentyabr ayında vəfat edib. O, Azərbaycanda dəfn olunmasını vəsiyyət edib. Mərhumun cənazəsi Amerikadan Azərbaycana gətirilərək Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …