Şənbə , Aprel 20 2024
Ana səhifə / Olland aprelin 24-də Yerevana gələcək

Olland aprelin 24-də Yerevana gələcək

Fransa prezidenti Fransua Olland qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar böyük nümayəndə heyəti ilə aprelin 24-də Yerevana gələcək

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye martın 23-də keçirdiyi mətbuat konfransında deyib. 
Fransalı diplomat xatırladıb ki, onun ölkəsinin prezidenti 24 aprel tədbirlərində iştirak etmək niyyətini hələ ötən ilin yazında bəyan edib. Səfirin sözlərinə görə, hazırda səfərlə bağlı təşkilati işlər görülür. O qeyd edib ki, Fransua Ollandı səfərdə 100-120 nəfər müşayiət edə bilər. Nümayəndə heyətinə jurnalistlərin və Fransadakı erməni icmasının nümayəndələri də daxil olacaqlar.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın