Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Ölkədən necə çıxa bilməsi ilə bağlı…” – Deputat Nəcməddin Sadıqovdan DANIŞDI

“Ölkədən necə çıxa bilməsi ilə bağlı…” – Deputat Nəcməddin Sadıqovdan DANIŞDI


“Açığı, Nəcməddin Sadikov üçün darıxmamışdım deyə videoya deyil, elə şəkillərə baxdım. Deyirlər, güc göstərir… Durub da, onun duruşu odur. Həm də kim general-polkovnik olsa, 30 il Müdafiə Nazirlinin Baş Qərargah rəisi işləsə, elə dayanar”.

Bunu Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas ehtiyatda olan general-polkovnik Nəcməddin Sadikovun sosial şəbəkələrdə yayılan videogörüntüləri barədə danışarkən deyib.

Deputat bildirib ki, Nəcməddin Sadikov 2016-cı ilin aprel döyüşlərində çox əziyyət çəkib: “Bu səbəbdən Nəcməddin Sadıqova 5 illik istirahət verilib. Ölkədən necə çıxa bilməsi ilə bağlı isə bir məlumatım yoxdur. Hər halda icazə verilib ki, çıxa bilib. Doğrudur, cəmiyyət həmin video görüntüləri  xoş qarşılamadı… Ümumiyyətlə, dövlət öz işini bizdən yaxşı bilir, Prezident də çıxışlarında qeyd edib ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yəni ya Nəcməddin Sadikov, ya qeyri Nəcməddin Sadikov, hər kəslə bağlı qərarı dövlət verəcək. Qaldı ki, görüntülərə, bax, sən də Baş Qərargah rəisi işləsən, elə durarsan, 30 villan olar, Dubaya da, üstəlik Kanadaya da səyahətə gedərsən”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …