Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Ölkə oğlunun toyunda deputatın spikerə yaltaqlığından danışır

Ölkə oğlunun toyunda deputatın spikerə yaltaqlığından danışır

Azərbaycanda deputat oğlunun toyundakı kuryoz hadisədən danışır

Palitika.Az xəbər verir ki, deputat Rafiq Məmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə quda olub.

Rafiq Məmmədhəsənov toya Milli Məclisin sədri Oqtay Əsədovu da çağırıb. Spiker toya gecikib. Deputat toyu başlamağa icazə verməyib.

Bəy-gəlin maşında gözlədilib. Spiker isə düz saat 20.30-da gəlib. Yalnız bundan sonra toy başlayıb.

O zamana qədər zalda yalnız rayondan gələn qonaqlar qalıb. Bu durum Oqtay Əsədovun özünü də narahat edib.

Xəbər sosial şəbəkələrdə ciddi məsxərəyə çevrilib. Millət vəkilinin bu yaltaqlığı ələ salınıb. Onun həmkarı olan qudası C.Feyziyevin də müdaxilə etməməsi maraq doğurur.

Bəylə gəlinin həyatında ilk və son dəfə olan sevincli bir gün deputat atanın ucbatından 2 saatdan çox gec başlayıb. İndiyə qədər misli görünməmiş bu hadisə spikerin də ürəyincə olmayıb.

Çünki O.Əsədov yüksək vəzifə tutsa da, toyda adi qonaqlardan biridir. Ona görə bəylə gəlini maşında gözlətmək həm toy sahibinə, həm qonaqlara qarşı hörmətsizlikdir.

Deputat Qüdrət Həsənquliyev bir müddət əvvəl “Milli Məclis deputatlarının etik davranış qaydaları haqqında” qanun layihəsində yaltaqlıqla bağlı müddəanın vacibliyini qeyd etmişdi.

Onda Oqtay Əsədov soruşmuşdu ki, yaltaqlığın şkalası varmı? Bu da spiker üçün şkaladır. 72 yaşlı prorektor-deputat yaltaqlığın əsl üzünü göstərib O.Əsədova.

Palitika.Az xəbər verir ki, spiker millət vəkilini təbrik edib, gənclərə xoşbəxtlik arzulayıb. Lakin toyun gec başlamasına görə utanıb və deputatdan bu addımı atacağını gözləməyib.

R.Məmmədhəsənova isə heç bir söz deməyən spiker məclisin sonuna qədər iştirak etməyib. Bu da başqa bir nüansdır ki, bəylə gəlin ən azından deputata sərt şəkildə təpinə bilərdilər.

Bir müddət əvvəl sözügedən deputat baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi məlum qəza barədə demişdi ki, öz övladına, nəvəsinə nəzarət edə bilməyən başqa nə bacarır.

Görünür ki, deputat nəzarət deyərkən oğlunun toyuna müdaxilə belə etməyi nəzərdə tutub. Onu da deyək ki, toyla bağlı xəbəri sabiq deputat Nazim Bəydəmirli yazıb.

Onlar seçki marafonunda rəqib olublar. Amma bu heç də ona qarşı qərəzdən irəli gələ bilməz. Çünki söhbət faktiki hadisədən gedir. Maraqlıdır ki, millət vəkili bu barədə susub.

Deputat 1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.

Həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.

1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.

Amma onun oğlunun toyunu belə spikerə yarınmaq üçün gec başlatmasını tibb elmi izah edə bilməz.

Onu da demək yerinə düşər ki, R.Məmmədhəsənov daha əvvəl də tənqid atəşinə tuş gəlib. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rafiq Məmmədhəsənov dövlət xəstəxanalarında xidmətin pulsuz olduğunu deyib.

Deputatın sözlərinə görə, özəl xəstəxanalarda hər müayinənin, müalicənin öz qiyməti var: “Necə müqayisə etmək olar? Xəstəxanaların əksəriyyəti dövlətin deyil, axı. Özəl xəstəxanalarda həkimlər nə maaş alır, neynir, – mən bilmirəm. Amma dövlət xəstəxanalarında müayinə pulsuzdur”.

Məlum olub ki, R.Məmmədhəsənov Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Terapevtik Klinikasında işləyir.

Keçmiş həmkarı Nazim Bəydəmirli Feysbukda yazmışdı ki, deputat müayinənin pulsuz olduğunu desə də, dövlət klinikasında özünün qəbulu 50 manatdır.

Sadəcə, professor millət vəkili mətbuatda xalqa ağ yalan danışır. Öz qəbulu 50 manat olan həkimin xidmətin pulsuz olduğunu deməsi ikrah hissi doğurmaya bilmir.

Dövlət başçının Ehtiyat Fondundan ayrılan vəsaitlə tikilən müasir klinikada direktorun öz qaydaları tətbiq olunur. Bütün tərəfləri dinləməyə hazırıq.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …