Ana səhifə / Aktual / Oliqarx  övladı  və Şərurun keçmiş icra başçısının oğlu iş adamını niyə həbs etdirib? – ŞİKAYƏT

Oliqarx  övladı  və Şərurun keçmiş icra başçısının oğlu iş adamını niyə həbs etdirib? – ŞİKAYƏT

Cəmil Eyvazov: “1984-cü il təvəllüdlü qardaşım barəsində çıxarılan məhkəmə qərarı, olduqca qərəzli, sifarişlər əsasında çıxarılmış qərar oldu”
Bu gün Azərbaycan məhkəmələrinin bəzilərində baş alıb gedən qanunsuzluqlar, çıxarılan ədalətsiz məhkəmə qərarları, onların daha çox sifarişlər əsasında fəaliyyət göstərmələri və.s haqda söz-söhbət, daha çox müzakirə olunan, ictimaiyyətin qınadığı mövzulardan birinə çevrilib. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda çoxsaylı vətəndaşlarımız üzləşdikləri problemlərin varlığı barədə giley-güzar edirlər, çox zaman KİV nümayəndələri ilə dərdlərini bölüşürlər ki, ədalətsiz məhkəmə qərarlarının ictimailəşdirilməsinə də nail ola bilsinlər.
Naxçıvan MR-sı Şərur rayonu Tənənəm kənd sakini olan Eyvazov Cəmil İsax oğlu da, belə şəxslərdən biridir. O, 10 dekabr 2015-ci il tarixdə “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsində, 09 dekabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı Araz Eyvazovla bağlı keçirilən məhkəmə prosesində baş alıb gedən haqsızlıqlardan bəhs edir və onu da vurğulayır ki, “1984-cü il təvəllüdlü qardaşım barəsində çıxarılan məhkəmə qərarı, olduqca qərəzli, sifarişlər əsasında çıxarılmış qərar oldu”.
Cəmil Eyvazov onu da vurğulayır ki, “qardaşım əvvəllər tanıdığı, hansı ki, Türkiyədə fəaliyyət göstərən “Karvan Karqo” şirkətinin sahibi Vüsal Cəfərovla birlikdə biznes fəaliyyəti ilə məşğul olurdu. Bir müddət keçdikdən sonra Vüsal Cəfərov, qardaşımı Eldəniz Axundov və Şövqü Həsənov adlı şəxslərlə tanış edir. Qardaşımı onlarla tanış etməkdə məqsədi o olur ki, Türkiyədən onlara göndərilən malların satışı və gömrükdən keçirilməsi məsələləri ilə Araz Eyvazov məşğul olsun. Təqribən iki il müddətinə qardaşım onlarla birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olur. Satılan mallardan əldə olunan pulları isə, Eldəniz Axundov mərhələli şəkildə Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Vüsal Cəfərova göndərir. Hər iki şəxsin işbirliyi sayəsində satış məqsədilə göndərilən mallar, yəni iki tir elektrik lampaları, dörd tir mərmər daşı, doqquz tir isə mebel dəstləri, əvvəlcə qardaşım Araz Eyvazov tərəfindən gömrük-buraxlış məntəqəsindən keçirilir və Eldəniz Axundova məxsus anbarlara, onun qardaşının iştirakı ilə boşaldır. Boşaldılan mallara baxış keçirilərkən məlum olur ki, göndərilən malların hamısı yararsız haldadır.

ISFENDIYAR
Malların yarasız olduğu bəlli olduqdan sonra, Eldəniz Axundovla qardaşım Araz Eyvazov arasında ciddi münaqişə əmələ gəlir. Səbəb də o olur ki, Eldəniz Axundov qardaşıma bildirir ki, “ola bilməz ki, göndərilən mallar yarasız olsun. Anbarda olan mallar mənim mallarım deyil, sən bu malları hardansa gətirmisən. Mənim mallara verdiyim pulları özümə qaytar” dedikdə, qardaşım Eldəniz Axundova bildirir ki, “malları gömrük-buraxlış məntəqəsindən mən keçirmişəm və malları gömrük əməkdaşlarının, qardaşının iştirakı ilə də anbara boşaltmışam”. Qardaşımın ona vediyi cavab Eldəniz Axundovu qane etmədikdə, o, bir daha ona bildirir ki, “əvvəla malları Vüsal Cəfərov göndərib, odur ki, get pullarını da ondan tələb et” deyir. Belə olan təqdirdə Eldəniz Axundov Daxili İşlər Nazirliyinə müraciət edərək şikayətini ünvanlayır. Onun verdiyi şikayət ərizəsi əsasında qardaşımla bağlı cinayət işi qaldırılır və işi Daxili İşlər Nazirliyinin müstəntiqi Teymur Ağamirov adlı şəxs aparır. Təqribən 20 gün ərzində davam etdirilən istintaqdan sonra, 2014-cü ilin aprelində qardaşım Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılır və Səbail rayon Məhkəməsinin qərarı ilə ona 4 aylıq həbs qəti-imkan tədbiri də seçilir. Çox keçmədən qardaşımı məhkəmə qərarından sonra, Kürdəxanı Müvəqqəti Saxlama Təcridxanasına göndərirlər. Dərhal Səbayel rayon Məhkəməsinin qərarından Bakı Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verdik ki, məhkəmə hökmünə yenidən baxılsın. Verilmiş şikayətə ədalətli baxıldı və çox keçmədi ki, qardaşım həbsdən də azad olundu.
Ümumiyyətlə, 14 aylıq istintaq müddətindən sonra toplanmış iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Təəssüf doğuran hal o oldu ki, istintaq dövründə istər anbarlara yığılan malların yoxlanması, istər Vüsal Cəfərovun istintaqa cəlb olunması, istərsə də, gömrük-buraxlış məntəqəsindəki elektrik lampalarına baxış keçirilməsi ilə bağlı, bir neçə dəfə qaldırdığımız vəsadət heç bir halda təmin olunmadı. Hətta, o hal da baş verdi ki, əvvəlcə bir qrup şəxs haqqında cinayət işi başlansa da, son anda məsuliyyət qardaşımın üzərində qaldı.

pul
Bakı Ağır Cinayətlər Məhkəməsində iş materialları ilə yaxından tanış olan hakim Azad Məcidov, istintaq dövrü ərzində aparılan istintaq araşdırmalarının qeyri-obyektivliyini əsas tutaraq, işi yenidən Daxili İşlər Nazirliyinə qaytardı. İş materialları nazirliyə qaytarıldıqdan sonra, yaşadığımız evdə, yəni Bakı şəhəri Sabunçu rayonu Ramanı qəsəbəsi Bünyadzadə küçəsindəki mənzilimizin həyətindəki elektrik lampalarına, DİN-nin müstəntiqi Teymur Ağamirov tərəfindən baxış keçirildi. Eyni vaxtda Eldəniz Axundova məxsus Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki “Aqat” şadlıq sarayının anbarına və Hökməli dairəsi adlanan ərazidəki anbarına baxış keçirilərkən, qeyd olunan yerlərdən heçnə aşkar olunmadı. Amma bizim həyətə baxış keçirilərkən, elektrik lampalarının yerində olduğu bəlli oldu və təyin edilmiş ekspertiza ayrıd edə bildi ki, həyətimizdəki elektrik lampalarının hamısı yarasız haldadır. Amma, bütün bunlara baxmayaraq, ekspertizanın apardığı araşdırma ilə bağlı yekun rəy iş materiallarına tikilmir və iş materialları təkrar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Və çox keçmədi ki, qardaşım məhkəmənin qərarı ilə yenidən həbs olundu.
Daha gülünc hal o oldu ki, toplanmış iş materiallarına Orxan Rəsulov və Tağı Nağıyev adlı şəxslərində, guya şikayət etmələri ilə bağlı şikayət ərizələri daxil edilir. Halbuki, ilk dəfə qardaşım Araz Eyvazovla bağlı şikayət edən Eldəniz Axundov olsa da, Daxili İşlər Nazirliyindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işdə, Orxan Rəsulov və Tağı Nağıyev adlı şəxslərin də şikayətçi olduğu göstərilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqribən 3 ay davam edən məhkəmə prosesində, biz bir neçə dəfə vəsadət qaldırdıq ki, gömrükdən keçirilən mallar ararşıdılsın, Vüsal Cəfərovun məhkəməyə gətirilməsi təmin olunsun. Amma, məhkəmə prosesində qaldırmış olduğumuz vəsadətlərin heç biri təmin olunmadı. Hətta, 18 nəfər şahidin verdiyi ifadələr belə nəzərə alınmadı. İlkin məhkəmə proseslərində bu işlərdə təqsirkar olanlar, o cümlədən Eldəniz Axundov, Vüsal Cəfərov, Şövqü Həsənov məhkəmə prosesinə cəlb olunsalar da, onlardan yalnız ikisi Eldəniz Axundov və Şövqü Həsənov dindirildi. Dindirilmə zamanı Eldəniz Axundov qeyd etdi ki, “mən Araz Eyvazova 2 milyon 775 min dollar pul vermişəm”. Orxan Rəsulov isə qeyd etdi ki, “mən də Araz Eyvazova 350 min manat pul vermişəm”. Onu da qeyd edim ki, Orxan Rəsulov Şərur rayon İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Rəsulovun oğludur. Prosesdə ifadə verən Tağı Nağıyev də, Araz Eyvazova 720 min dollar pul verdiyini bildirdi. O isə, Polis Akademiyasının sabiq rəisi olmuş, polis general-mayoru Ramiz Nağıyevin oğludur.
Ümumiyyətlə, dindirilmə zamanı Eldəniz Axundova, Orxan Rəsulova və Tağı Nağıyevə sual verildi ki, sizdə bu qədər pul verməyinizin müqabiılində hər hansı rəsmi sənəd varmı? Yaxud da, vergi ödəyicisi olduğunuzu necə sübüta yetirə bilərsiniz? Məhkəmə prosesinin gedişində həmin şəxslərdən heç biri ortaya rəsmi sənəd çıxara bilmədilər və Eldəniz Axundovun Türkiyəyə, digər xarici dövlətlərə qanunsuz pul köçürmələri aşkara da çıxdı.
Düzdür, keçirilən məhkəmənin ilkin mərhələlərində Orxan Rəsulova və Tağı Nağıyevə hakim Azad Məcidov bildirirdi ki, “yalan ifadə verdiyinizə görə sizinlə bağlı cinayət işi qaldırılacaq”. Amma, proseslərin sonrakı gedişi, tamam fərqli formada keçirildi. Baxmayaraq ki, qardaşımla və digər şəxslərlə bağlı DİN-nin müstəntiqi Teymur Ağamirovun arardığı istintaq araşdırmaları zamanı çoxsaylı qanun pozuntularına yol verdiyi məlum oldu, amma yekun mərhələdə fərqli qərar qəbul edildi. Bu da onu söyləməyə tam əsas verir ki, qardaşım Araz Eyvazovla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqda elan olunan məhkəmə hökmü, tamamilə ədalətsiz və qərəzli bir qərardır.
Məqalədə adları çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın