Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Öldürülən qızın qohumları “morq”a hücum etdi…

Öldürülən qızın qohumları “morq”a hücum etdi…

Nizami Rayon Polis idarəsinin əməkdaşları İlahə Yusubovanın qatilini saxlayıblar. Bu, Sabunçu rayonunda yaşayan 1990-cı il təvəllüdlü Əliyev Babək Tərlan oğludur.

Qətli törədəndən sonra o, 14-cü Polis bölməsinə gələrək könüllü təslim olub.

İlkin araşdırmalara görə, gənclər arasındakı qanlı insidentə səbəb qızın valideynlərinin onu Babək Əliyevə ərə vermək istəməmələri olub.

*   *   *13:45

Bu gün səhər sevgilisi tərəfindən öldürülən qızın qohumları Nizami Rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsinə hücum ediblər.

Məlumatı virtualaz.org-a Nizami Rayon Polis İdarəsindən veriblər.

Qohumları tələb ediblər ki, mərhumə İlahə Yusubovanın meyiti yarılmasın. Lakin onlar bununla da kifayətlənməyiblər. Şöbənin əməkdaşlarına hücum edərək meyitin onlara verilməsini tələb ediblər. İnsident zamanı şöbənin şüşəsi sındırılıb, əməkdaşlardan birinə xəsarət yetirilib.

İdarədən o da bildirilib ki, buna baxmayaraq, cinayətin ağırlığı nəzərə alınaraq meyit yarılacaq və zəruri ekspertiza aparılacaq. Buna görə də şöbə əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün ərazi polis tərəfindən ciddi mühafizə altına alınıb.

*   *   *12:31

Bu gün saat 09:30-da Bakının Nizami rayonunda gənc qadını küçənin ortasında qətlə yetiriblər.

Baku.WS xəbər verir ki, hadisə “Qara Qarayev” metrosu yaxınlığında, “Çinar Market” marketinin yanında baş verib.

Məlumata görə, 30 yaşlı İlahə Həsən qızı Yusubova sevgilisi tərəfindən bıçaqlanıb. Qadın aldığı bıçaq yarasından hadisə yerində keçinib. Qadının bıçaqlandığı ünvanda yaşadığı bildirilir. Hadisəni Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsindən təsdiqləyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın