Ana səhifə / Oksanadan plagiat açıqlaması: “Onlara gülürəm” – VİDEO

Oksanadan plagiat açıqlaması: “Onlara gülürəm” – VİDEO

Rəqqasə-aktrisa Oksana Rəsulova prodüseri olduğu və baş rolunu canlandırdığı “Mələyin öpüşü” filminin plagiat olması, 1994-cü ildə lentə alınan “Anjaam” filmi ilə oxşarlıq kəsb etməsi haqqında yayılan xəbərlərəmünasibət bildirib.

Musavat.com saytına açıqlama verən aktrisa daim yeniliklər etdiyini və filmin bənzəri olmadığın deyib:“Film haqqında çox söz yazırlar. Mən də oxuyub gülürəm. Hələ çox söz yazacaqlar. Fərqli filmlərdir. Yeganə oxşarlıq Elşadın şikəst olmasıdır. Bu həyatda hamının başına gələ bilər. Bir çox filmdə də olması normaldır. Biri yazır ki, o filmə oxşayır. O biri yazır ki, yox, başqa filmə oxşayır. Nə ondandır, nə bundan. Çox maraqlıdırsa, gəlib baxsınlar. Treylerdə olan filmin 100-də 5%-dir. Mən yeniliklər edən Oksana Rəsulova, sizcə, plagiat film çəkərəm? Mən heç vaxt heç kimə oxşamaq istəməmişəm. Bu dəfə də fərqli iş ortaya qoymuşam. Hər kəsi filmə baxmağa dəvət edirəm. Gəlib izləsinlər, sonra qiymət versinlər”.

Qeyd edək ki, film sentyabrın 14-ü qala gecəsi keçiriləcək. Sentyabrın 15-dən etibarən isə kinotetarlarda nümayiş olunacaq. “Mələyin öpüşü”nün ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. Filmdə eyni zamanda Şamil Süleymanov, İlhamə Qasımova, Münəvvər Əliyeva, Şəhriyar Əbilov da rol alıb.

Filmdə diqqət çəkən məqamlardan biri də boşanan Oksana ilə Elşadın öpüşmə səhnəsidir. Rəqqasə filmin reklam çarxını “Bu da sizə şok!” şərhi ilə paylaşmışdı.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın