Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Oğuzda at uşağı vurub, əməliyyat olunan azyaşlının dalağı çıxarılıb

Oğuzda at uşağı vurub, əməliyyat olunan azyaşlının dalağı çıxarılıb

Azərbaycanın Oğuz rayonunda at 9 yaşlı oğlana xəsarət yetirib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 02.00 radələrində Oğuz rayonu Tərkeş kənd sakini, 2006-cı il təvəllüdlü Qismət İntiqam oğlu Əzizzadə kəskin qarın ağrısı əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Qismət Əzizzadənin qarın nahiyəsinə at təpik vurub. Cərrahiyə əməliyyatı yolu ilə dalağı çıxarılan Qismət Əzizzadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın