Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Oğlunu universitetə qəbul etdirmək istəyən Könül Kərimova 21 minini istəyir

Oğlunu universitetə qəbul etdirmək istəyən Könül Kərimova 21 minini istəyir

Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni pulunun qalan hissəsini də istəyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Məlahət Məmmədovanın 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Bildirək ki, M.Məmmədova bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.

M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Əldə etdiyimiz məlumata görə, K.Kərimova dəymiş zərərdən 11 minini ala bilib. O, qalan 21 min manatının da ödənilməsini istəyir.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …