Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Aktual / Oğlundan Lalə Şövkətlə bağlı açıqlama

Oğlundan Lalə Şövkətlə bağlı açıqlama

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S.Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir: “Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.

Həmçinin oxuyun

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” – FOTOLAR

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. …