Bazar , Yanvar 24 2021
Ana səhifə / Oğluna aliment ödəmir, arvadına “Range Rover” aldı – Fotolar

Oğluna aliment ödəmir, arvadına “Range Rover” aldı – Fotolar

Keçmiş evli cütlük- məşhur aktyor Tolga Karel ilə azərbaycanlı model Günay Musayevanın münasibətləri yenidən gərginləşməyə başlayıb.

Qafqazinfo” xəbər verir ki, Günay Musayevadan olan oğlu Cahangirə “Pulum yoxdu” deyərək aylıq 500 TL aliment verən aktyor övladını unutmağa başlayıb.

Çikaqoda yaşayan Karel yeni həyat yoldaşı Sarah Margaretta 200 min dollar dəyərində “Range Rover” markalı avtomobil alıb.

Aktyor ötən gün isə özünə aldığı “Porsche 911 Carrera” markalı yeni maşınının fotosunu isntaqramda paylaşıb.

“BMW” markalı bir motosikleti də olan Tolqanın lüks həyatı müzakirə mövzusuna çevirilib.

Bütün diqqət aktyorun eks-həyat yoldaşı Günay Musayevaya çevirilib. Azərbaycanlı model isə alimentin qiymətini qaldırmaq üçün məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, məşhur cütlük 2011-ci ildə evlənmiş, ötən il isə münasibətlərinə son qoymuşdular.

Karel 4 il evli qaldığı modelə boşanarkən 40 min lirə pul vermişdi.

 

Oğluna aliment ödəmir, arvadına “Range Rover” aldı -  Fotolar
Oğluna aliment ödəmir, arvadına “Range Rover” aldı -  Fotolar

Həmçinin oxuyun

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” – VİDEO

Ermənistanın Baş naziri Kremli və şəxsən Putini aldatmağa davam edir. Amma bu dəfə heç nə …

Bir cavab yazın