Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Oğlum kişidir, 1000 dənə qızla gəzib” – Nazənin oğlundan danışdı

“Oğlum kişidir, 1000 dənə qızla gəzib” – Nazənin oğlundan danışdı

Müğənni Nazənin nəvəsini qəbul etmir. Bu barədə BiG.AZ saytı məlumat yayıb. Məlumata görə, müğənninin oğlu Fəxri Salayevin nigahdankənar qızı dünyaya gəlib. Lakin müğənni Nazənin Salayeva nəvəsi Aylini qəbul etmir.
Nazənin Aylinin anasının yüngül əxlaqlı olduğunu deyib:
“O qız mənim oğlumdan 9-10 yaş böyükdür. Hamilə olduğunu da bizdən gizlədib. Deyirdi ki, mənim daydayım var. Uşaq da onundur. Sonradan dedi ki, uşağın atası oğlumdur. Mənim oğlum kişidir. 1000 dənə qızla gəzib. Bu da min birinci. Eləcə də, o. Heç o da bakirə olmayıb. Min kişi ilə gəzib. Oğlum da min birinci olub. Onun qız övladı var. Ona görə də çox şey demək istəmirəm. Onun məqsədi ayrı şey idi. O, bizim var-dövlətimizi ələ keçirmək istəyirdi. Amma mən razı olmaram ki, elə bir qadın gəlib mənim evimdə gəlin olsun”.
Müğənni onu da bildirib ki, problem varsa, bu, hüquqi yolla həllini tapmalıdır:
“Mən məsələni qanuni yolla həll etdim. DNK analizi etdirdim. Həqiqətən də, dünyaya gələn uşağın atası mənim oğlumdur. Oğlum uşağa soyadını da verdi. Hər ay aliment ödəyirik. Bayramlarda onu da hədiyyəsiz qoymur. Bundan başqa nə etməliyik ki? Mənim oğlum hazırda ailəlidir və övladı var”.
Müğənni bu cür söhbətlərin gündəmə gəlməsində düşmənlərini ittiham etdi:
“Mən bilirəm bu xəbərləri kim yayır. Onlar mənim düşmənlərimdir. Amma onlar belə şeylərlə məni nüfuzdan sala bilməyəcəklər!”(Publika.az)
mia

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın