Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / “Oğlum işdən çıxarılmayıb…” — Fərəc Quliyevdən AÇIQLAMA

“Oğlum işdən çıxarılmayıb…” — Fərəc Quliyevdən AÇIQLAMA

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsində çalışan oğlunun işdən çıxarılması xəbərlərinə münasibət bildirib. 


Fərəc Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, oğlu Mətin Quliyevin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılması barədə xəbərlər doğru deyil:


“Bu məlumatlar yalan və böhtandır. Oğlum işdən çıxarılmayıb, işində, vəzifəsindədir. Sadəcə olaraq indi oğlum xəstədir, səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub. Sağalan kimi işinə qayıdacaq”.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …