Çərşənbə , İyun 26 2019
Ana səhifə / Aktual / “Oğlum intihar etməyib” – İradın ailəsindən REAKSİYA

“Oğlum intihar etməyib” – İradın ailəsindən REAKSİYA

Sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etməsi ilə bağlı yayılan məlumata anası reaksiya verib.
Mərhum İrad Hacıyevin anası Züleyxa Hacıyeva Unikal.org-a açıqlamasında vurğulayıb ki, övladın uzun illər ürəyində problem olub. Hətta bununla bağlı müalicə alırdı:
“(Ağlayır) Ancaq İradımı düşünürəm. 5 ilə yaxın məni İsraildə müalicə etdirirdi. Amma, özü isə ürək tutmasından dünyasını dəyişdi. Bu dəqiqə biz onun yoxluğunu qəbul edə bilmirik, dərdimiz özümüzə bəsdir. Onu deyim ki, balam haqqında KİV-lər düzgün məlumat yaysınlar. Balamın nə borcu, nə də ailə problemi olub.. İntihar etməsi ilə bağlı yayılan məlumat kökündən yalandır”.
Əgər intihar etmək  istəsəydi, nəyə görə İsrailə mənim müalicəm üçün  getməyimə bilet alırdı. Hətta orada qalmaq üçün ev də kirayələmişdi. Oğlum heç vaxt intihar  edə bilməz.  Çünki o, məni hər kəsdən çox istəyirdi”,
Mərhumun atası Ağahüseyn Hacıyev də övladının intiharı ilə bağlı yayılan xəbərlərə belə reaksiya verib: “Bu gün oğlumuzun intihar etməsi ilə bağlı yayılan xəbəri oxuyub dəhşətə gəldik.  Bizim dərdimiz özümüzə bəsdir. Bir daha deyirəm, övladım İrad ürək tutmasından dünyasın dəyişib”.

Həmçinin oxuyun

Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq – PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin …