Cümə , Aprel 19 2024
Ana səhifə / “…Oğlum bıçağı əlinə alıb onu söydü” – Kənan M.M

“…Oğlum bıçağı əlinə alıb onu söydü” – Kənan M.M

Rejissor Kənan M.M “Gəlin danışaq” verilişinin qonağı olub.

Qafqazinfo” xəbər verir ki, Kənan övladları barədə maraqlı açıqlama verib:

“Ortancıl qızımı Maşaya bənzədirəm. Baxçadan onu götürəndən müəllimlər şükür edir. Müəllimlər deyir ki, buna qız hərəkətləri öyrədin. Ən razı qaldığım övladım Hüseyndir. Sakit uşaqdır. Efirlərdən qaçır. “Qayıdış” filmindən sonra filmlərə çəkilmək istəyir. Soruşur həmişə ki, rejissor, aktyor nədir? Onun qərarını vermək istəyir.

Deyirəm rejissor çəkir, aktyor çəkilir. Məndə irad tutur ki, sən həm çəkilib, həm çəkirsən. “Ləkə” serialının finalında məni bıçaqla vurub öldürürlər. Bir də görürəm ki, Hüseyn mətbəxtə bıçağı əlinə alıb onu söyür. Ən səmimi tamaşaçı uşaqdır”.

Kənan MM-in oğlu Hüseyn də atasının “Qayıdış” filmini sevdiyini bildirib.

“Çox xoşluyuram. Sonuncu səhnəni sevirəm. Orada çox ağlamışdım”.

“...Oğlum bıçağı əlinə alıb onu söydü” -  Kənan M.M

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın