Ana səhifə / “Oğlu İlhamənin qapısını cümə axşamları açır, sonra açarları verir”

“Oğlu İlhamənin qapısını cümə axşamları açır, sonra açarları verir”

Məlum olduğu kimi, mart ayının 27-də mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun ölümü ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yalan məlumat yayılmışdı. Ölümü ilə bağlı yayılan xəbərlərdən sonra Orxan Nadirov həyati təhlükəsizliyinin tam təmin olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhum sənətkarın vəkili Habil Vəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Orxanın bəyin vəziyyəti hazırda yaxşıdır, sağ-salamatdır. Amma onun həyati təhlükəsi ilə bağlı məlumatlar yayılırsa, deməli, hansısa fikirlər ola bilər. Buna görə də yaxşı olardı ki, məlumatı yayanlar və onlarla əlaqədə olan şəxslərə qarşı tədbirlər görülsün. Əgər Orxan bəyə qarşı gələcəkdə hansısa addımlar atılarsa onlar birbaşa məsuliyyət daşıyırlar. Hər bir insanın taleyi Allahın əlindədir. Orxan bəyin həyatı təhlükədə ola bilər. Buna görə də o, həyati təhlükəsizliyinin tam təmin olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib”.

“Mərhum sənətkarın evində hazırda kim yaşayır?” sualını vəkil bu cür cavablandırıb:

“Orxan bəy əvvəl də buyurmuşdu ki, onun mənzillə bağlı heç bir iddiası yoxdur. Mənzilin qapısı açılır, cümə axşamları orda keçirilir. Daha sonra Orxan bəy açarları təhvil verir. Onun heç bir mal-mülkdə gözü yoxdur. Amma hər bir halda bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən çözülməlidir, başqa cür deyil”.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva fevralın 25-də səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, Orxan Nadirov mərhum sənətkarın xalası nəvəsidir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın