Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / “Oğlu da İlhamə Quliyeva fondunun yaradılmasının əleyhinədir”

“Oğlu da İlhamə Quliyeva fondunun yaradılmasının əleyhinədir”

Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılov İlhamə Quliyeva Fondunun təsis ediləcəyi ilə bağlı açıqlama verib. Bildirib ki, fond az təminatlı ailələrdən olan istedadlı uşaqların təhsilinə dəstək verəcək.

“Qafqazinfo” xəbər verir ki, mərhum sənətkarın vəkili Habil Vəliyev aznews.az-a açıqlamasında E.İsmayılovun dediklərini təkzib edib. O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib: “Azərbaycanda bir fond var – Heydər Əliyev Fondu. Bu fond bütün imkansızlara, valideynsizlərə, xəstələrə əl tutur. Belə bir fond olan yerdə İlhamə Quliyeva Fondunun yaradılması şayiədən savayı bir şey deyil”.

Vəkil qeyd edib ki, İlhamə Quliyeva sağlığında dövlət və dövlətçiliyə xidmət edən sənətkar olub: “Dövlət üçün canından keçən şəxs olub. O, heç vaxt belə bir fond yaratmaq fikrində olmazdı. Orxan Nadirov da belə bir fondun yaradılmasının əleyhinədir. Əgər kimlərsə belə bir fond yaratmaq fikrindədirsə, orada İlhamə Quliyevanın adından istifadə edə bilməyəcəklər”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın