Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “OBA” marketdə sidik qoxusu verən qənd satıldı — FOTOLAR

“OBA” marketdə sidik qoxusu verən qənd satıldı — FOTOLAR

Ağdam sakini, məcburi köçkün Samirə Məmmədova “OBA” marketdən alış-veriş etdikdən sonra başına gələnləri sosial şəbəkə səhifələrində paylaşıb.

Qaradağ rayonu Səngəçal qəsəbəsində yaşayan vətəndaş “Oba” marketdən sidik iyi gələn qəndin ona satıldıgını bildirib:

“Marketdən evə qayıtdıqdan sonra qəndi qənd qabının içinə boşaldan zaman qəndin rəngini görərək dəhşətə gəldim. Qəndin iyinə dayanmaq belə mümkün deyildi”.

Sosial şəbəkə səhifəsində yer alan məlumata görə, bu cür standartlara uyğun olmayan məhsulun satışa çıxarılması birbaşa mövcud qanunvericiliyin pozulması deməkdir.

Ölkə.Az

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …