Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / “O zaman dostlarımdan üstün olduğumu gördüm” – General Mehdiyev

“O zaman dostlarımdan üstün olduğumu gördüm” – General Mehdiyev

“Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

Tələbəlik illəri və Türkiyədə aldığı təhsilin həyatına qatdığı töhfələrdən söz açan general mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil almaq şansı əldə etdiyini söyləyib.

“Türkiyədə universitetdə oxumaq o zamanlar hər bir azərbaycanlı gəncin arzusu idi. Türkiyədə Sovetlər Birliyinin son illərdə pozulmuş təhsil sisteminin əksinə olaraq tam şəffav bir təhsil sistemi ilə qarşılaşmışdım.

Tətildə Azərbaycana qayıdanda liseydəki sinif yoldaşlarımla görüşdüm. O zaman özümün dünyagörüşü və bilgi baxımından dostlarımdan üstün olduğumun fərqinə vardım. Bunu da sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etmişdim. Türkiyədə aldığım təhsil bu gün vəzifəyə gəlməyimdə, karyeramda mənə qapı açıb, həyata baxış nöqtəmi dəyişib”.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib. 

Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.

Həmçinin oxuyun

İçərişəhərdə nə baş verir? – Tanınmışlar elə şeylər yazdı ki…

Bir neçə gündür sosial şəbəkələrdə İçərişəhər dövlət tarix-memarlıq qoruğu ilə bağlı böyük kampaniya başlayıb. Ölkənin …