Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “O videonu yaymayın…” – Müdafiə Nazirliyi

“O videonu yaymayın…” – Müdafiə Nazirliyi

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

Bu barədə sosial şəbəkələrdə yayılan, guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır:

“Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …