Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Aktual / “O video Azərbaycan gömrüyündə çəkilməyib” – Rəsmi açıqlama

“O video Azərbaycan gömrüyündə çəkilməyib” – Rəsmi açıqlama

Sosial şəbəkələrdə bir nəfər sərnişinin gömrük yoxlanışı zamanı səhv aparatdan keçməsi ilə bağlı videogörüntülərin yayımlanması tənqid edilib.

“Qafqazinfo” xəbər verir ki, videodan da göründüyü kimi, sərnişin bilmədən yüklərin yoxlanıldığı aparatdan keçir. Bu zaman prosesə nəzarət edən gömrük əməkdaşları isə vəziyyətə müdaxilə etməyib və gülməyə başlayıblar. Tənqidçilərin bir çoxu isə bu vəziyyətin Azərbaycanda baş verdiyini qeyd edərək videonun yayılmasına görə gömrük əməkdaşlarını tənqid ediblər. 

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi  Natiq Axundovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər: “Dövlət Gömrük Komitəsi bildirir ki, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”.G

Həmçinin oxuyun

İlk üç ayda Azərbaycanın ixracı niyə artıb? – ŞƏRH

Bu ilin birinci rübündə Azərbaycanın ümumi idxal göstəricilərində ciddi artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin …