Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / “O səs Türkiyə” yarışmasının qalibi müəyyənləşdi – Video

“O səs Türkiyə” yarışmasının qalibi müəyyənləşdi – Video

Ötən gün “O səs Türkiyə” yarışmasının qalibi müəyyən olunub.

Bu dəfəki yarışmanın qalibi Hadisənin komandasında yarışan Dodan Özer olub.

Birincilik uğrunda 6 nəfər yarışıb. Sona Dodan Özer və Gökhan-Hakanın komandasından Resul Aydemir qalmağı bacarıb.

Səsvermə nəticələrinə görə, Dodan Özer birinci olub. Müğənni Hadisə iştirakçısının birinci olması ilə “O səs Türkiyə”də ilk dəfə qalib olub.

Qeyd edək ki, TV8-də yayımlanan “O səs Türkiyə” yarışmasına bu il çoxlu sayda azərbaycanlı ifaçılar da qatılmışdı. Lakin ifaçılarımız bir neçə turdan sonra yarışmadan uzaqlaşmalı olublar. Azərbaycanlı ifaçı Gülşən İbadova isə yarışmadan qərəzli şəkildə uzaqlaşdırıldığını iddia edərək “Acun media” nı Avropa Məhkəməsinə verəcəyini açıqlamışdı. (Musavat.com)

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın