Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / “O, motosiklet yox, eşşək minməlidir” – Əli Mirəliyevdən həmkarına

“O, motosiklet yox, eşşək minməlidir” – Əli Mirəliyevdən həmkarına

Müğənni Əli Mirəliyev “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı yenə də qalmaqallı açıqlaması ilə diqqət çəkib.

O bildirib ki, ifaçılar efirə oxumağa yox, özlərini göstərməyə çıxır:

“İndikilərə oxumaq lazım deyil, onlara “mırt” vurmaq lazımdır. Efirə qoyun, motosikletlə gəlirlər. Oxumağa gəlmirlər ki… Bu yaxınlarda Elşad Qarayev efirə motosikletlə çıxdı. O at, eşşək minməlidir, Kürdəmirdə böyüyən adamdır. Şəhərdə böyümüşəm, motosikleti mən sürürəm. Bura efirdir, Sabunçu bazarıdır?”.

Ə.Mirəliyev heç vaxt həmkarlarından borc pul istəmədiyini söyləyib:

“Heç vaxt müğənniyə zəng edib pul istəməmişəm. Həmişə hamıya mən pul vermişəm. Atama da, anama da mən baxmışam”.

İfaçı 20 ildir tək yaşadığını etiraf edib:

“Gərək cavanlıqdan əlavə ev alasan ki, səni yaşlananda səni qovmasınlar. 20 ildir ailəmdən ayrı yaşayıram. İnsanlar elə bilər ayrılmışam, xeyr. Həyat yoldaşım tez-tez gəlib-gedir. Şəhərdə yaşaya bilmirəm”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın