Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “O, istefa ərizəsi yazmayıb” – Ombudsman Aparatından AÇIQLAMA

“O, istefa ərizəsi yazmayıb” – Ombudsman Aparatından AÇIQLAMA

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ombudsman Aparatından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır”, deyə Ombudsman Aparatından bildirilib.

Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb.

“Report” xatırladır ki, 82 yaşlı E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Həmçinin oxuyun

“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” – Sabiq səfir

Biz “Dəmir Günbəz” sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk “Twitter” …