Ana səhifə / Aktual / “O günü görəydim ki, bu millət vəzifə üçün ev yıxmır” -Gülər Mikayılqızı

“O günü görəydim ki, bu millət vəzifə üçün ev yıxmır” -Gülər Mikayılqızı

Ölməyəydim, o günü görəydim ki, bu millət bir- birinə nifrət etmir, şər atmır, mal- mülk, vəzifə üçün ev yıxmır, heç kimin balasına zülm etmir.
Bu fikri sabiq millət vəkili Gülər Mikayılqızı son dövrlərdə siyasi mübarizə səhnəsində söyüş və təhqirlərlə bağlı məsələlərlə bağlı öz mövqeyini şərh edərkən deyib.
“Qulagımızın dibində elə bir düşmənimiz var ki, imkanları olan kimi bizə yüzlərlə Xocalı yaşadarlar, bir qaşıq suda boğarlar. Niyə unuduruq ki… Niyə özümüz- özümüzə düşmən kəsilirik? Çox peşman olacağıq belə davam etsək, çox!!!”- deyə, sabiq deputat qeyd edib.
 
O əlavə edib ki, gərək öz millətini sevəsən, yoxsa siləcəklər səni bütün xəritələrdən: “Ayılmırıq ki, ayılmırıq… Bu nə qəflət, bu nə cahillik, bu nə korluq…”.(Gununsesi.info )

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …