Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “O aparıcıya dedim ki, haqqımda heç nə danışma” – Günay İbrahimli (VİDEO)

“O aparıcıya dedim ki, haqqımda heç nə danışma” – Günay İbrahimli (VİDEO)

“Çox yaxın dostumu həyatımdan silmişəm”

ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan müğənni Günay İbrahimli eksklüziv açıqlamalar verib.
Sevilən ifaçı həyatda peşmanlıqlarının olduğunu bildirib:
“Həyatda elə bir insan yoxdur, desin ki, mənim “kaş ki”m yoxdur. Həyatda ümumiyyətlə ideal heç nə yoxdur. Hərkəsin başına hər şey gələ bilər. Əlbəttə, mənim də “kaş ki”lərim var”.
Tanınmış müğənni efirə gec-gec çıxmasının səbəblərini açıqlayıb:
“Bilmirəm. Yəqin yaxşı veriliş yoxdur. İndi deyəcəklər ki, bu da tutuldu ulduz xəstəliyinə. Zəng edib çağırırlar ki, siyasi mövzudur. Mən müğənniyəm, siyasi insanları dəvət edin danışsınlar. Ya da psixoloq kimi dəvət edirlər, ancaq mən psixoloq da deyiləm. Məni dəvət edin, mahnımı ifa edim, işlərimdən danışım. Verilişlərin çoxuna çıxa bilərəm, lakin bu səbəbdən çıxmıram. Həm də elə olur ki, insan qazandığı hörməti verilişlə də itirir. Qazanırsan hörməti, efirə çıxmısan görürsən ki, sənlə hörmətsiz rəftar edirlər. Baxan da deyir ki, buna necə hörmətsizlik edirlər. Mən o susanlardan deyiləm və elə şeyləri qəbul edə bilmirəm. Bu yaxınlarda çox tanınmış bir aparıcının produseri, rejissoru və sonra özü mənə zəng eləmişdi. O aparıcıya dedim ki, mən nə xaricdəyəm, nə də rayondayam. Bakıdayam, amma sənin verilişinə çıxmıram. Dedi niyə? Dedim bu səbəbə. Mənim haqqımda da efirdə heç nə danışma. Canlı efirdə aparıcının cavabın vermək də olmur. Cavab da verirsən, saytlar başlayır yazmağa. Onu da istəmirəm. Bu da gedib çıxır qalmaqala və başqa adamları da ortaya atırlar. Ancaq reklamarası sözümü deyirəm”.
Günay yaşadığı qalmaqallar haqda da danışıb:
“Çox yaxın bir dostum olub və neçə illər birgə çalışmışıq. Mən onu silmişəm. Münasibətimiz yoxdur və ola da bilməz”.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın