Ana səhifə / Aktual / “O adamları tanımıram” – “Hafka” ortaya çıxdı

“O adamları tanımıram” – “Hafka” ortaya çıxdı

Biznesmen Hafiz Məmmədov saxlanılması barədə xəbərləri təkzib edib.

Azinforum.az  xəbər verir ki, həbs olunması haqda xəbərlərə münasibət bildirən biznesmen virtualaz.org-un müxbirinə deyib: “Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram”.

Xatırladaq ki, məşhur biznesmenin tutulması haqda informasiya bu axşam bir sıra yerli KİV-də yayılıb. Onlarda xüsusi vurğulanırdı ki, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətova və polis zabitlərinə hücum edən şəxslər Hafiz Məmmədovun mühafizəçiləridir. Bu hadisələrdən sonra biznesmenin özünün də saxlandığı bildirilirdi.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …