Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Nuşirəvan Məhərrəmli: “ANS-in yayımının bərpası gündəlikdə yoxdur”

Nuşirəvan Məhərrəmli: “ANS-in yayımının bərpası gündəlikdə yoxdur”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.
N. Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat “ANS Müstəqil və Media Yayım Şirkəti”nin fəaliyyətinin bərpası ilə bağlı deyil: “ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apelyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur”.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …