Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır – BİNA TİKİLƏCƏK (FOTOLAR)

Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır – BİNA TİKİLƏCƏK (FOTOLAR)

1918-ci ildə Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda N.Nərimanov küçəsindəki hərbi qərargahının olduğu ev sökülür.

Unikal.org-un əldə etdiyi məlumata görə, iş adamlarından biri həmin binanı alaraq sökdürməyə başlayıb. Bu ev tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Sözügedən bina 2018-ci ilə qədər Mənzil İstismar sahəsinin balansında olub. Göyçay Rayon İcra Hakimiyyətindəki komissiyanın qərarı ilə bina qəzalı olduğu üçün idarənin balansından çıxarılıb. Bundan sonra bina yerli sahibkarlardan birinə satılıb. Yerində isə hündürmərtəbəli binanın tikiləcəyi iddia olunur.

Qeyd edək ki, divarları​ dövrünün inşaat materealları​ ilə​ ​ bişmiş və çiy kərpicədən hörülən binanın qapı, pəncərə, döşəmə və dirəkləriinn hazırlanmasında istifadə edilən taxtalar bu günə kimi möhkəmliyini​ saxlaya bilib. Qafqaz İslam Ordusunun qərargahı olmaqla yanaşı, bu evdə​ 1865-Cİ​ ildə General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini, Sadıq Bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …