Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Nuridə Allahyarova ilə bağlı TƏYİNAT

Nuridə Allahyarova ilə bağlı TƏYİNAT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.

O, qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

N.Allahyarova Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

Xatırladaq ki, N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Eyni zamanda, Azərbaycan Universitetinin rektorunun müşaviri olub. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …