“NBC Bank” 2019 -cu ilin yanvar-sentyabr aylarına olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın mənfəəti kəskin azalıb.
“Kommersant.az”
bankın açıqladığı hesabata əsasən xəbər verir ki, “NBC Bank”ın xalis
mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə
azalaraq 111 min manata düşüb.
Bankın
cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 21 mln. 438 min manat artaraq
304 mln. 814 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 21
mln. 231 min manat artaraq 246 mln. 505 min manata, cəmi kapitalı isə
207 min manat artaraq 58 mln. 310 min manata çatıb.
Bankın
cəmi aktivlərinin artma səbəbi “NBC Bank”ın müştərilərinə verdiyi
kreditlərin 17 mln. 734 min manat artaraq 222 mln. 203 min manata
çatmasıdır. Bankın depozit portfeli 16 mln. 838 min manat artaraq 123
mln. 264 min manata bərabər olub.
BANKIN ƏMƏLİYYAT ZƏRƏRİ
“NBC
Bank”ın xalis faiz gəliri 3 mln. 732 min manat azalaraq 2 mln. 816 min
manata, qeyri-faiz gəliri 360 min manat azalaraq 3 mln. 26 min manata,
qeyri-faiz xərcləri isə 912 min manat azalaraq 6 mln. 748 min manata
düşüb. Buna görə də bankın xalis əməliyyat zərəri cari ilin
yanvar-sentyabr aylarında 906 min manat təşkil edib. Bu, ilin əvvəli ilə
müqayisədə 3 mln. 180 min manat azdır.
Bankın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.
“NBC Bank”ın məcmu kapitalı 221 min manat artaraq 57 mln. 309 min manat olub.
***
DİA.AZ
bildirir ki, NBC Bank “Nurgün” Group-un Maliyyə sektoruna aid olan iki
şirkətdən biridir. “Nurgün” Şirkətlər Qrupunun yarandığı tarixdən
etibarən, onun aparıcı şirkətlərindən biri “Nurgun Motors” dünya
avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan” Konserninin
Azərbaycanda rəsmi distribütorudur. Şirkətin əsas fəaliyyət
istiqamətləri “Nissan” markalı avtomobillərin satışı və servis
xidmətlərinin təşkili, habelə ehtiyat hissələrinin və avtomobil
aksesuarlarının pərakəndə satışından ibarətdir.
“NBC
Bank” ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 86%-ni
fiziki şəxslər, 14%-ni isə hüquqi şəxslər təşkil edir.
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …