Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / “Nurgün”ün bankı iflas həddində… – “NBC Bank” bağlanacaq?

“Nurgün”ün bankı iflas həddində… – “NBC Bank” bağlanacaq?

“NBC Bank” 2019 -cu ilin yanvar-sentyabr aylarına olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın mənfəəti kəskin azalıb.
“Kommersant.az” bankın açıqladığı hesabata əsasən xəbər verir ki, “NBC Bank”ın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.

Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 21 mln. 438 min manat artaraq 304 mln. 814 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 21 mln. 231 min manat artaraq 246 mln. 505 min manata, cəmi kapitalı isə 207 min manat artaraq 58 mln. 310 min manata çatıb.

Bankın cəmi aktivlərinin artma səbəbi “NBC Bank”ın müştərilərinə verdiyi kreditlərin 17 mln. 734 min manat artaraq 222 mln. 203 min manata çatmasıdır. Bankın depozit portfeli 16 mln. 838 min manat artaraq 123 mln. 264 min manata bərabər olub.

BANKIN ƏMƏLİYYAT ZƏRƏRİ

“NBC Bank”ın xalis faiz gəliri 3 mln. 732 min manat azalaraq 2 mln. 816 min manata, qeyri-faiz gəliri 360 min manat azalaraq 3 mln. 26 min manata, qeyri-faiz xərcləri isə 912 min manat azalaraq 6 mln. 748 min manata düşüb. Buna görə də bankın xalis əməliyyat zərəri cari ilin yanvar-sentyabr aylarında 906 min manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 3 mln. 180 min manat azdır.

Bankın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.

“NBC Bank”ın məcmu kapitalı 221 min manat artaraq 57 mln. 309 min manat olub.

***

DİA.AZ bildirir ki, NBC Bank “Nurgün” Group-un Maliyyə sektoruna aid olan iki şirkətdən biridir. “Nurgün” Şirkətlər Qrupunun yarandığı tarixdən etibarən, onun aparıcı şirkətlərindən biri “Nurgun Motors” dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan” Konserninin Azərbaycanda rəsmi distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri “Nissan” markalı avtomobillərin satışı və servis xidmətlərinin təşkili, habelə ehtiyat hissələrinin və avtomobil aksesuarlarının pərakəndə satışından ibarətdir.

“NBC Bank” ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 86%-ni fiziki şəxslər, 14%-ni isə hüquqi şəxslər təşkil edir.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …