Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Nura Suri: “Daha pulsuz tədbirlərə getməyəcəm”

Nura Suri: “Daha pulsuz tədbirlərə getməyəcəm”

Müğənni Nura Suri bundan sonra pulsuz tədbirlərə getməyəcək.

Bu barədə müğənni öz “facebook” səhfəsində status paylaşıb.

Nura Suri bu günlərdə Vergilər Nazirliyinin müğənniləri ciddi nəzarətə götürməsindən, yaşanan maliyyə böhranından da şikayətlənib: “Dostlar, heç kəs inciməsin, bizdən… Bundan sonra pulsuz tədbirlərə gəlib, oxuya bilməyəcəyik. Toy, ad günü, tədbir və s. fərqi yoxdur. Çünki vergiyə sübut edə bilməyəcəyik ki, dost tədbirinə pulsuz gəlmişik. Xeyriyyə konsertlərinə də qorxa-qorxa gedirik. Qəribə zəmanədə yaşayırıq. Robotlaşma gedir, insanlarda… Bir sözə, xahişə iş həll etmək qeyri-mümkün olub. Bir-birimizin evinə zəngsiz getmirik, artıq… Utanırıq ki, masaya yemək, çay qoyulacaq. Birdən imkanı çatmaz. Bundan sonra toylara və ad günlərinə yalnız yaxın adamları dəvət edəcəyik. Dostlara belə qıymayacağıq, hədiyyəni… Allah özü kömək olsun! Nə bilim, vallah… Çox söz yazmaq istəyirəm, amma nə dəyişəcək?”

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın