Cümə axşamı , Fevral 21 2019
Ana səhifə / Aktual / “Nura Suri adlı müğənni tanımıram” – Bahalaşmaya etiraz edən azərbaycanlı müğənniyə sərt cavab

“Nura Suri adlı müğənni tanımıram” – Bahalaşmaya etiraz edən azərbaycanlı müğənniyə sərt cavab

Xəbər verdiyimiz kimi, ölkəmizə gətirilən mobil cihazların və avtomobillərin dövlət rüsumları artırılıb. Bundan əlavə avqustun 1-dən etibarən ictimai nəqliyyatda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ölkədə gedən bu qiymət artımına görə müğənni Nura Suri öz etirazını bildirib.
Onun “Bu qiymət artımı nəyə lazımdır? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar” sözləri müzakirələrə səbəb olub.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aqil Abbas Nura Suri adlı müğənnini tanımadığını söyləyib. Millət vəkili qiymətlərin qalxması məsələsinə gəldikdə isə bildirib ki, rüsumların artırılmasının tərəfdarı deyil:

“Rüsumlar niyə artırılmalıdır ki? Təbii ki, rüsumlar artırılanda telefonların və maşınların da qiyməti qalxır. Qiymətləri 5 manatdan 150 manata qaldırmaq düzgün deyil. Heç olmasa 5 manatdan bir az qaldırılardı, 150 manat çoxdur axı”.

Həmçinin oxuyun

Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur…

2014-cü ilin fevral ayında Moskva Avropanın müharibədən sonrakı tarixində ilk dəfə digər suveren dövlətin ərazisinin …