Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Nümayəndəlik fəaliyyəti ilə bağlı qanuna dəyişikliklər təsdiqləndi

Nümayəndəlik fəaliyyəti ilə bağlı qanuna dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.

Virtualaz.org bildirir ki, dəyişikliklə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutu daha peşəkar – vəkillik institutu ilə əvəzlənib, vəkillik institutu daha da gücləndirilib.

Sənədlərə əsasən, fiziki şəxsin məhkəmələrdə qanuni nümayəndəsi kimi yalnız yaxın qohumunun iştirakına icazə veriləcək. Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik belədir: “69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir”.

Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Sənədlərə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.

Dəyişikliklər məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …