Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Novruzu nevroz edən sürücülər…

Novruzu nevroz edən sürücülər…

Bayram gəldisə, mütləq bahalaşma olmalıdır. Artıq bu, təbii hala çevrilib. Əksini düşünmək, mübarizə aparmaq mümkün deyil.

“Heç nə düzəlməyəcək, ancaq hər şey yaxşı olacaq” deyimi də burada öz əhəmiyyətini, qüvvəsini itirir.

Novruz bir çoxları üçün nevrozdu. Əsəblər tarıma çəkilir, sinir sistemlər pozulur.

Hərə bir bəhanə gətirir…

Bakı Beynəlxalq Avtovağzalında sərnişinlərin sayı adi günlərdən iki dəfə çoxdur. Avtobuslar tez-tez dolur və yola düzəlirlər. Bura ayaq qoyan hər kəsin qarşısına bir neçə adam qaçır. “Gəncəyə çıxırıq”, “10 dəqiqəyə avtobus Zərdaba yola düşür”, “Şəmkirə, Qazaxa gedən varsa, tez olun!” qışqırıq, səsləri qulaq batırır.
İnsafən gediş haqqı əvvəlki günlərdən o qədər də baha deyil. Ən pis halda bir-iki manat fərq edir. Şəmkirə mikroavtobusla 12, avtobuslar 10 manata getmək mümkündür. Astaraya isə 6 manata aparırlar. Ancaq cənub bölgəsinə axın çox olduğu üçün növbədə dayanmalısan.
Novruzu nevroz edən sürücülər... - Astarsız Azərbaycan, FOTOLAR  Yüklə
Ancaq hər yerdə olduğu kimi, burada da çıxış yolu var. Sürücüyə, ya da onun köməkçinə tez pulu uzadıb, arxa sıralarda yer götürürsən. Ön tərəfdə oturacaqlarda əyləşmək bir az çətindi. Hətta birinci sərnişin olsan da “tutulub”, “sifariş edilib” cavabını eşidəcəksən. Təbii ki, “el adətiylə hörmət” etsən, 1-2 manatını göz önünə almasan, yuxarı başda otura bilərsən.
Əsl qiyamət avtovağzalın aşağısındadır. Rayonlara şəxsi avtomobilləriylə sərnişin daşıyanlar qiymətləri minimum 5 manat qaldırırlar. Göyçaya adi vaxtda 10-12 manata getdiyin halda, indi 15 manata aparırlar. Bu da çox yalvar-yaxardan sonra mümkündür. Ərazidə Nəqliyyat Nazirliyinin maşınları gözə dəysə də, onlar heç bir işə qarışmırlar. Çünki “bazar iqtisadiyyatı”dır və hər kəs öz istədiyini edə bilər.
Bayram günlərindən istifadə edib, qiymətləri niyə qaldırdıqlarını sürücülərdən soruşsan, min cür cavab eşidəcəksən. Kimisi burada qalmağa görə ayrıca haqq verdiyini, kimisi Bakıya sərnişinsiz gəldiyi üçün ziyana düşdüyünü, başqa birisi benzinin bahalaşdığını bəhanə edəcək. Bir sözlə, kimin imkanı çatırsa, bayram günlərində fürsəti əldən vermir.
Novruzu nevroz edən sürücülər... - Astarsız Azərbaycan, FOTOLAR  Yüklə

Kim hara gəldi gedir, istədiyi qiyməti “oxuyur”

Elə sürücülər var ki, onlar bu günlərdən istifadə edib, bir neçə dəfə rayonlara gedib, gəlirlər. Bayramı ailəsiylə keçirmək əvəzinə daha çox qazanmaq eşqiylə yollarda olurlar. Yuxusuzluq, yorğunluq onların “varlanmaq” ehtirasından çox-çox aşağıda dayanır.
Ölkənin şimal rayonlarına sərnişin daşıyan sürücülər adi vaxtlarda başqa rayonlara adam aparmırlar. Ancaq bayram günlərində “qiymət oxumaq” kampaniyası olduğu üçün sükanı istənilən istiqamətə döndərə bilirlər. Harada boşluq varsa, ora gedirlər. Əgər bayramı Mingəçevirdə və ona yaxın rayonlarda keçirmək istəyən adam çoxdursa, üstəlik ora gedən avtomobillər “yox”a çıxıbsa, qiymət daha 5 manat qalxaraq, xidmət göstərilir. Yəni, 10 manatlıq yol üçün bayram günü sürücü avtomobilini 15 manata işə salırsa, başqa reysdən qoşulan şəxs “20 manata gedirəm” deyib, sərnişin “ovuna” çıxır.
Biabırçılığın ən üst qatı məhz bayram günündə baş verir. Sonuncu çərşənbədə və martın 20-də rayonlara getmək istəyənlər sözün əsl mənasında isterikaya düşürlər. Adambaşını 10-12 manata Lənkərana aparan sürücü iki dəfə bahasına – 20-25 manatdan yola çıxır. “Sən öl, üz vurma, aşağı yer yoxdur” deyib, məsələyə nöqtə qoyurlar. Çünki gedən çox, maşın azdı.
Novruzu nevroz edən sürücülər... - Astarsız Azərbaycan, FOTOLAR  Yüklə

Belə də olmalıdır, yaxud “dost-dosta” tən gərək…

Metronun “20 Yanvar” stansiyasının yaxınlığından rayonlara gedən sürücülərə yaxınlaşmaq, həyata bir sıfır geridə gəlməyinə işarədir. Əgər üst-başın təzədirsə, əlində bahalı telefon varsa, qolundan 4-5 nəfər yapışıb, hərə öz maşınına doğru aparır. Üzərinə elə şığıyırlar ki, öldürüləcəyini düşünürsən. Kənara çəkilib, rahat söhbət etməyinə imkan vermirlər. Ən çox da hər gün çörək kəsib, toyda-düyündə bir-birinin sağlığına araq içib, şəninə sağlıq deyənlər, arxalarından bir-birinə “quyu” qazırlar.
Dünən qardaş dedikləri, bu gün onlara “qara daş” olur. Əgər biriylə anlaşmısansa, o sürücü də başqa sərnişin tapmaq üçün ora-bura qaçarkən “dostu” dərhal yaxınlaşıb, “o, sürə bilmir”, “maşını yaxşı deyil”, “gəl qabaqda otur, rahat get” kimi şirnikləndirici vədlərlə öz planlarını həyata keçirir. Maşına minənə qədər əl çəkmirlər. Baha apardıqlarını deyəndə isə müvəqqəti uzaqlaşırlar.
Novruzu nevroz edən sürücülər... - Astarsız Azərbaycan, FOTOLAR  Yüklə
Hər şey bir yana, qiymətlərin baha olmasından danışanda sürücülər buna haqq qazandırırlar, “belə də olmalıdır” kimi davranırlar. Adi vaxtlarda günə bir dəfə rayonlara gedib-gələ bilmədiklərini, üstəlik, əlavə xərclərin çıxdığını söyləyirlər.
Bakı Dəmiryol Vağzalında da mənzərə ürəkaçan deyil. Biletsiz sərnişinlər gediş haqqının iki qatını ödəyib, qatarın içərisinə keçirlər. Bələdçilərə yaxınlaşanlar “yer yoxdur” kəlməsini eşitmirlər. O qədər “qonaqsevər”dirlər ki, hətta bir yerlə iki-üç nəfəri mənzil başına apara bilirlər.
Novruzu nevroz edən sürücülər... - Astarsız Azərbaycan, FOTOLAR  Yüklə

Belə bir məsələ var: zəhmətlə qazanılmamış pullar insanları ya cinayətkara, ya da ki, abırsız adama çevirir.
“Pul əl çirkidir” ifadəsini bu reportajda yazmağın heç bir faydası yoxdur.
Ramin DEKO

“>Novruzu nevroz edən sürücülər... - Astarsız Azərbaycan, FOTOLAR  Yüklə

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın