Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Aktual / Novruzov sağ ikən özünə qəbir qazdıranları tənqid atəşinə tutdu

Novruzov sağ ikən özünə qəbir qazdıranları tənqid atəşinə tutdu

Məzarlıqların, qəbiristanlıqların idarə olunması ilə bağlı nümunəvi model, Əsasnamə hazırlanır.

Oxu.Az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, bu əsasnamə Nazirlər Kabineti tərəfindən hazırlanır və yaxın zamanlarda imzalanaraq, qüvvəyə minəcək:

“Artıq bundan sonra kimsə bu məsələdə özbaşınalıq edə bilməyəcək, qəbiristanlıqları necə deyərlər, hektarlamayacaqlar. Kimsə-hələ ölməyib, amma özünə qəbiristanlıqda yer alır…Bu, nə deməkdir? Ancaq Nazirlər Kabinetinin hazırladığı Əsasnamə bu məsələdə ciddi-nizam intizam yaradacaq, kimsə artıq bu məsələdə sui-istifadə edə bilməyəcək. Bütün məzarlar, qəbirlər eyni qaydada olacaq”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Rasim Məmmədovun zavodlarında ölən fəhlələrin sayı itib – faktlar

“Baku Steel Company” MMC-də təhlükəsizlik qaydalarına riayət edilməməsi, fəhlə həyatının nəzərə  alınmaması faciələrlə nəticələnir “Baku …