Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Novruz Məmmədov jurnalistlərdən inciyib: “Axı, mən politoloq deyiləm”

Novruz Məmmədov jurnalistlərdən inciyib: “Axı, mən politoloq deyiləm”

“Nikol Paşinyanın dediyi fikirlərlə ətraflı xəbərdar deyiləm. Ümumiyyətlə, bu işlə xüsusi məşğul olan adamlara müraciət edilsə, daha yaxşı olar. Hazırda suala cavab verə bilməyəcəm”.
Bunu sabiq Baş Nazir Novruz Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirilə bilməsi xəbərinə münasibət bildirərkən deyib.
Həmçinin, sabiq Baş Nazir jurnalistlərin onu politoloq kimi təqdim etməsinə də etiraz edib:
“Jurnalistlər məni “Politoloq Novruz Məmmədov” kimi təqdim edib. Axı, mən politoloq deyiləm. Ona görə də qərara almışam ki, bu tipli məsələlərlə bağlı mətbuata açıqlama verməyim. Məni üzrlü sayın! Bu işlərlə xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavini Xələf Xələfov məşğul olur. Onlar cavab versələr daha yaxşı olar. Hesab edirəm ki, onların cavabları daha dəqiq olar. Mənim cavabımı bir çoxları müxtəlif istiqamətlərə yoza bilər. Hər halda, sabiq Baş Nazirəm!”.(Modern.az)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …