Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Novruz Məmmədov ARDNF Müşahidə Şurasının sədri seçildi

Novruz Məmmədov ARDNF Müşahidə Şurasının sədri seçildi

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycanın Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-in 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat, yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-in 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-in fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-in maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …