Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Novellella Cəfəroğlu: “Doğrudan da Vasif Talıbov kimi bir adam lazımdır ki…”- Azinforum.az-ın yazdıqları ciddi reaksiya doğurdu

Novellella Cəfəroğlu: “Doğrudan da Vasif Talıbov kimi bir adam lazımdır ki…”- Azinforum.az-ın yazdıqları ciddi reaksiya doğurdu

Azinforum.az Informasiya Portalının baş redaktoru, tanınmış jurnalist

Məhəmmədəli Qəriblinin Naxçıvana etdiyi səfərlə bağlı qələmə aldığı təəsuratları böyük rezonansa səbəb olub. Qeyd edək ki, müəllif bu xüsusda iki məqalə yazıb və həmin yazılar ölkənin bir çox tanınmış saytları tərəfindən tirajlanıb. İkinci yazıda müəllif  hətta radikal müxalifət nümayəndələrinin belə Naxçıvanda aparılan abadlıq – quruculuq işlərini təqdir etmələrinə dair ciddi faktlar ortaya qoyub. Xatırladaq ki, ölkənin tanınmış saytlarından olan musavat.com məqalədəki tezisdən irəli gələn istiqamətdə əslən Naxçıvandan olan bəzi ziyalılar arasında sorğu aparıb.  Təqdim olunan mövqelərdən görünür ki, hətta hakimiyyətə münasibətdə müxalif mövqeli əslən Naxçıvandan olan tanınmış ziyalıların bir çoxu MR-də aparılan işlər barəsində yüksək fikir söyləyib.

Mübariz Rza adlı şəxs  bildirib:

“Ən ucqar kəndlərdən biri olan Şərur rayonunun Y.Yaycı və Şahbulaq kəndlərinə ömründə ilk dəfə olaraq asfalt və qaz çəkilib. Zibil maşınları hər həftə kəndin zibilini təmizləyir. Bunlar faktlardır”.

Namizəd  Səfərov yazdığı  rəylərdə də yuxarıdakı fikrini təsdiqləyərək qeyd edib ki, ən ucqar kənd yollarına belə asfalt döşənib:

“Bütün kəndlərdə ikimərtəbəli müasir məktəblər tikilib. Fakt odur ki, hər yer abadlıqdır, yaşıllığa qərq olub. Bunu digər rayonlarda niyə etmirlər, təəccüblü olan budur? Kəndlərdən zibil mərkəzləşmiş qaydada daşınır. Hər yer təmizlik nümunəsidir. Burada yerə zibil atılmır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, son zamanlar Naxçıvana getməsə də orada yaşayan qohumlarından razılıqlar eşidir:

“Bizim qohumlar Naxçıvanda yaşayırlar, onların hamısı razılıq edirlər. Naxçıvan ərazi baxımdan da elə bir yerdədir ki, bir tərəfi Türkiyə, digər tərəfi İran, Ermənistandır. Ora doğrudan da Vasif Talıbov kimi bir adam lazımdır ki, Naxçıvanı saxlaya bilsin.  İstəyirlər məni söysünlər, ya nə deyirlər desinlər. Ən çox əzabı Naxçıvanda mən çəkmişəm. Bu faktdır ki, bizim qohumlar oradan razılıq edirlər”.

Naxçıvanda tez-tez olan jurnalist Çingiz Özgürün də oradakı hazırkı vəziyyətlə bağlı fikrini aldıq. Ç. Özgür bildirdi ki, Naxçıvanda xüsusi təmizlik qaydaları var:

“Küçələr yuyulur, taksi sürücülərinin hamısı formadadır. Heç kim siqareti belə küçəyə ata bilməz. Şəhərin özü Avropanın balaca bir qəsəbəsi kimidir. Abadlığına söz ora bilməz. Deyilən digər məsələlərin abadlığa nə aidiyyəti var? Naxçıvanda kiminsə hüzrü düşəndə nə qəbir yerinə, nə də yas yerinə ölü yiyəsinin heç bir xərci çıxmaya bilər. Maşınla da təmin olunur, məscidlərdə də pulsuz yas saxlamaq üçün yer verilir. On ildən çoxdur ki, Naxçıvanda belədir. Naxçıvanın ən ucqar kəndinə belə fasiləsiz qaz verilir. 4-5 ildir ki, bu belədir”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın