Ana səhifə / Aktual / Norveç səfirliyinin maşını qəzaya düşdü

Norveç səfirliyinin maşını qəzaya düşdü

Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində baş verib.

Hacıqabul rayon sakini, 1981-ci il təvəllüdlü Əzizağa Fərəcov idarə etdiyi “Mercedes” markalı 64 BB 363 nömrəli avtomobillə hərəkətdə olan Norveç səfirliyinə məxsus, Bakı sakini, 1957-ci il təvəllüdlü Aydın Nurəhmədovun idarə etdiyi “Prado” markalı D 02408 nömrəli avtomobili ötmək istəyərkən vurub.

Hər iki avtomobil ciddi zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın