Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Aktual / Nobel erməni separatizminin əleyhdarı olan jurnalistə verilib: “Kreml pərt oldu”

Nobel erməni separatizminin əleyhdarı olan jurnalistə verilib: “Kreml pərt oldu”

“Qarabağda erməni separatizminin əleyhdarı kimi tanıdığımız “Новая газета”nın baş redaktoru Dmitri Muratovun Nobel mükafatı alması Kremli pərt edib”. 

Qaynarinfo xəbər verir ki, bunu tanınmış jurnalist, professor Qulu Məhərrəmli deyib. O bildirib ki, Dmitrinin Nobelə layiq görülməsi, Rusiyanın demokratik qüvvələrini, Navalnı tərəfdarlarını xeyli ümidləndirib. 

“Onun mükafatla bağlı dediyi “bu, mənim xidmətim deyil, “Новая газета”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir” sözləri geniş rezonansa səbəb olub”, – deyə Q.Məhərrəmli əlavə edib.
Professor həmçinin xatırladıb ki, Rusiyada insan haqlarını qoruyan, korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən Anna Politkovskaya məhz “Novaya qazeta”da çalışmışdı. 
Xatırladaq ki, dünən iki jurnalistə beynəlxalq Nobel Sülh mükafatı verilib. Filippinli Mariya Ressa və rusiyalı Dmitri Muratov bu mükafata layiq görülüblər. 

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya …