Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Aktual / Nizami rayonunun icra başçısı: “Göstəriş verdim, hasarlar sökülür…”

Nizami rayonunun icra başçısı: “Göstəriş verdim, hasarlar sökülür…”

Bakının Nizami rayonunda, “Xalqlar Dostluğu” Ticarət Mərkəzi ilə “8-c kilometr bazarı” arasında ictimai zonanın kommersiya obyekti tikintisi üçün hasarlanması barədə xəbərə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov özü reaksiya verib.  Redaksiyamızla əlaqə saxlayan icra başçısı bildirib ki, məsələni araşdırıb və göstərilən ərazidə tikintinin aparılması üçün sənədlərin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini müəyyən edib. “Buna baxmayaraq həmin ərazidə tikintinin aparılması məqsədəuyğun hesab edilmir və mən göstəriş verdim ki, hasarlar sökülsün. Artıq həmin ərazidə hasarlar sökülüb”-Arif Qasımov bildirib. (virtualaz.org)

Həmçinin oxuyun

Bakcell və Coca-Cola sahilyanı təmizlik aksiyasında – Fotolar

Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı …