Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Nizami” heykəlinin barmaqlarını sındırdılar – Parkda vandalizm (FOTOLAR)

“Nizami” heykəlinin barmaqlarını sındırdılar – Parkda vandalizm (FOTOLAR)

Dərbənddə yerləşən Nizami parkında vandalizm aktı baş verib.

Femida.az xəbər verir ki, parkda əkilmiş şam ağacları çıxarılıb aparılıb. Bundan başqa Nizami parkında ucaldılan Nizami Gəncəvinin abidəsinə ziyan vurulub. Heykəlin barmaqları sındırılıb.

Qeyd edək ki, heykəl və park artıq neçənci dəfədir ki, belə vandalizmlə üzləşir. Bir neçə il əvvəl naməlum şəxslər heykəli yandırmışdılar. Bundan sonra Dağıstan rəhbəri Ramazan Abdulatipovun göstərişiylə heykəl bərpa edilib, park abadlaşdırılıb. Parka müşahidə kameraları quraşdırılsa da, vandalizm hələ də davam edir.

"Nizami" heykəlinin barmaqlarını sındırdılar
"Nizami" heykəlinin barmaqlarını sındırdılar
"Nizami" heykəlinin barmaqlarını sındırdılar
"Nizami" heykəlinin barmaqlarını sındırdılar

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …