Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Niyazi Əliyev məğlub oldu – Canlı yayım/Yeniləndi

Niyazi Əliyev məğlub oldu – Canlı yayım/Yeniləndi

I Avropa Oyunlarında karate yarışları davam edir.

 

Axar.az xəbər verir ki, artıq bu gün seçmə mərhələnin birinci dövriyyəsi başa çatıb. Aralarında bir qadın, 3 kişi idmançımız olmaqla bir azdan yarımfinal mərhələlərinə start veriləcək.

 

Tatami üzərində kumite yarışları üzrə 50 kq çəkidə qadınların yarışına start veriləcək. Türkiyə təmsilçisi Özçelik Serap Ukrayna təmsilçisi Kryva Katerynanı sınağa çəkəcək. Bu cütlüyün qalibi finalda Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi Alexandra Recchia duelinin qalibi ilə qarşılaşacaq.

 

Daha sonra 55 kq çəkidə mübarizə aparan qadınların kumite yarışının yarımfinal mərhələsi davam edəcək. Həmyerlimiz İlahə Qasımova fransalı Emili Thouy ilə qarşılaşacaq. Bu cütlüyün qalibi finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç mübarizəsindən qalib ayrılanla qarşılaşacaq.

 

Qadınların bugünki yekun yarımfinal mərhələsi 61 kq çəki ilə yekunlaşacaq. Qırımız kəmərlə mübarizə aparan fransalı qadın idmançı Lusi İqnasiya xorvatiyalı xanım idmançı Ana Lenardı sınağa çəkəcək. Bu çəkidə digər qarşılaşma isə azarkeşlər üçün daha maraqlıdır. Belə ki, türkiyəli Çoban Mervə finala çıxmaq üçün sloveniyalı Tjasa Ristiki məğlub etməlidir.

 

Kişilər arasında Kumite -60kq çəkidə yarımfinal mərhələsi isə böyük səbirsizliklə gözlənilir. Həmyerlimiz Firdovsi Fərzəliyev finalda yarışmaq üçün Makedoniya idmançısı Emil Pavlovu sınağa çəkəcək. Finalın digər adı isə italiyalı Luka Mareska ilə Serbiya idmançısı Marko Antik duelindən sonra aydınlaşacaq.

 

Kişilər arasında Kumite -67kq çəkidə yarımfinal qarşılaşması da maraqla gözlənilir. Azərbaycanlı idmançı Niyazi Əliyev qızıl medalı qazanmaq üçün türkiyəli idmançı Burak Uyğuru məğlub etməlidir. Eyni çəkidə digər görüş isə fransalı Stiven Da Kosta ilə alman idmançı Rikardo Qieqler arasında baş tutacaq.

 

***

15:40

 

Yarımfinal mərhələsində tatami üzərinə birinci Türkiyə təmsilçisi Sərap Özçelik və Ukrayna təmsilçisi Katerina Kriva çıxıb.

Gərgin keçən mübarizədə türkiyəli təmsilçi qalib gələrək finala adlayıb.

 

***

15:42

 

50 kq çəkidə kumite yarışları üzrə finalın digər iştirakçısı da məlum olub.

 

Avstriya təmsilçisi Plank Bettina və Fransa təmsilçisi, son dünya çempionu Alexandra Recchia üz-üzə gəlib. Qırmızı kəmərdə yarışan Plank Bettina yarışa fəal başlayıb. O, 2:0 hesabı ilə qalib gəlib.

 

***

 

55 kq çəkidə mübarizə aparan qadınların kumite yarışının yarımfinal mərhələsinə start verilib.

 

Həmyerlimiz İlahə Qasımova fransalı, son Avropa çempionu Emili Thouy ilə qarşılaşıb. Döyüş fransalı idmançının böyük hesablı qalibiyyəti ilə başa çatıb: 1:6

 

Xatırladaq ki, Emili Thouy finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç mübarizəsindən qalib ayrılanla qarşılaşacaq.

 

15:52

 

55 kq çəkidə mübarizə aparan qadınların final qarşılaşmasının növbəti adı məlum olub.

 

İspan təmsilçi Kristina Qarsia Ferrer xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç ilə qarşılaşıb. Sonuncu 2:1  hesabı ilə qalib gələrək finala adlayıb.

 

***

15:59

 

Kişilər arasında Kumite -60kq çəkidə yarımfinal mərhələsinə start verilib.

 

Böyük səbrsizliklə gözlənilən bu qarşılaşmada həmyerlimiz Firdovsi Fərzəliyev finalda yarışmaq üçün tatami üzərinə çıxıb. Makedoniya idmançısı, Balkan çempionu Emil Pavlov ilə qarşılaşan həmyerlimiz hesabda geri olsa da, hakimlər tərəfindən döyüşün qalibi elan olunub.

 

Xatırladaq ki, F.Fərzəliyev finalda italiyalı Luka Mareska ilə Serbiya idmançısı Marko Antik duelindən qalib ayrılanla döyüşəcək.

 

***

16:08

 

Kişilər arasında Kumite -60kq çəkidə yarımfinal mərhələsində italiyalı Luka Mareska Serbiya idmançısı Marko Antiki 6:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Luka Mareska finalda azərbaycanlı idmançı Firdovsi Fərzəliyevlə görüşəcək.

 

***

16:16

 

Kişilər arasında Kumite 67kq çəkidə yarımfinal mərhələsində Azərbaycan karateçisi Niyazi Əliyev türkiyəli idmançı Burak Uygura 4:1 hesabı ilə məğlub olub.

 

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …

Bir cavab yazın