Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Niyaməddin Orduxanlı qardaşı oğlunu yola saldı – FOTO

Niyaməddin Orduxanlı qardaşı oğlunu yola saldı – FOTO

BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı qardaşı oğlunu vətənin müdafiəsinə yola salıblar. 
Bununla bağlı “Moderator.az” saytına açıqlama vetən Orduxanlı bildirib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin əmrinə hər birimiz müntəzirik: 
” Vətənin müdafiəsinə hər zaman hazır olmuşuq və bu gün də hazırıq! Qardaşım Asifin yeganə oğlu Cavidan Vətəni qorumaq üçün əsgər paltarını yenidən əyninə geyindi. Cavidan Milli Avasiya Akademiyasını bitirib, bir il hərbi xidmətini düşmənlə səngərdə, Goranboy rayonun başa vurmuşdu. Tovuz hadisələri zaman Ali Baş Komandanın çağrışına ilk könüllü yazılanlardan idi. Ancaq dünən rəsmi Səfərbərlik Xidmətinjn çağrışına uyğun olaraq Vətənin müdafiəsinə çağrıldı. Rəsmi sənədi qəbul edib, bu gün yola saldıq. Vətən çağrışına biz qardaşlar hər zaman HƏ demişik! Cavidanın atası Asif qardaşım Qarabağ QAZIsıdir! Cavidanın əmiləri Vidadi, Nəsib, Qədir, Muradxan, Faiq Orduxanlılar da Qarabağ Qaziləridir! Biz hər zaman Vətənin keşiyində durmuşuq! Və bundan sonra da övladlarımızla duracağıq! Bu gün dövlətimiz Azərbaycan bu cür əsgərlərə əmanətdir! Bu gün əsgərlərimiz qürurmuzdur! Tanrı əsgərlərimizi qorusun! 30 ildir xalqımız QƏLƏBƏ sevincincinə həsrət qalmışdı! Ali Baş Komandanımız İlham Əliyev bizə 7 gəndi azad etdirməklə qələbə sevincini yaşadıb! Uca Tanrı tezliklə Qarabağımızın tam AZAD olunmasını nəsib etsin! Amin!!!”

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …