Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda: “Mən onları tapıb…”

Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda: “Mən onları tapıb…”

Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.  
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Niyammədin Musayevlə əlaqə saxlayıb.  
Zəngimizə cavab verən sənətçi yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib:  
“Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram.  
İnanın, bu, alçaqlığın son həddidir. Hamı gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.  

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …