Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Niyə daha çox Dilqəm Əsgərov və Şahbaz Quliyev? – Bəs digərləri?

Niyə daha çox Dilqəm Əsgərov və Şahbaz Quliyev? – Bəs digərləri?

Fazil Mustafa: “Dövlətimiz erməni əsirliyindəki bütün vətəndaşlarımızla bağlı iş aparır, amma…”

“Bu iki soydaşımızla bağlı məsələni əlahiddə edən məqamlar var”
Erməni əsirliyindəki soydaşlarımızın – Dilqəm Əsgərov və Şahbaz Quliyevn azad edilməsi ilə bağlı Azərbaycan dövlətinin səyləri davam edir. Bütün əlaqədar qurumlar hər iki şəxsin azad edilməsi istiqamətində beynəlxalq hüquq normalarına uyğun olaraq gərəkli addımlar atır ki, bu addımların yaxın gələcəkdə müsbət sonluqla nəticələnəcəyinə ümidlər böyükdür.
D.Əsgərov və Ş.Quliyevin azadlığı hər bir azərbaycanlı üçün arzuedilən olsa da, erməni əsirliyindəki digər soydalarımızın taleyi də narahatlıq doğurmaqdadır.
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa əsirlikdəki bütün vətəndaşlarımızın azadlığı istiqamətində addımlar atıldığını vurğulamaqla yanaşı, D.Əsgərov və Ş.Quliyevlə bağlı məsələni əlahiddə edən məqamlara da diqqət çəkdi:
“Erməni əsirliyindəki bütün vətəndaşlarımıza bağlı iş aparılır. Lakin D.Əsgərov və Ş.Quliyevlə bağlı məsələnin önəmi ondan ibarətdir ki, bu şəxslər üzərində qeyri-qanuni, tanınmamış “respublika”nın nümayndələri “məhkəmə” qurublar. Vətəndaşlarımıza cəza kəsiblər. Bu cəzanın özü hüquqa ziddir. Bunun özü ermənilərin beynəlxalq hüquq normalarını nə dərəcədə pozduqlarının göstəricisidir. Buna görə də Azərbaycan bu məsələnin üzərində xüsusilə durur. Lakin digər platformalarda erməni əsirliyindəki bütün vətəndaşlarımızla bağlı məsələ gündəmə gətirilir. D.Əsgərov və Ş.Quliyevlə bağlı olay fərqli məsələ olduğuna, onlar “məhkəmə” qərarı ilə məhkum edildikləri üçün bu məsələ müəyyən fərqlilik yaradır. Hər iki vətəndaşımız öz dədə-baba torpaqlarına getdikləri üçün həbs ediliblər və odur ki, Azərbycan dövləti ermənilərin bu qanunsuzluğuna diqqət çəkmək üçün onlarla bağlı məsələni xüsusi ilə diqqətə çatdırmağı lazım bilir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …