Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi – Video

Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi – Video

Bu il Bakı Ali Neft Məktəbinə (BANM)  qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinmanın Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, “Bilik Günü”ndə dilində tədbir iştirakçılarını salamlayan Çidinma ölkəmizdə təhsil alacağı üçün çox sevindiyini qeyd edib:

“Azərbaycanda olmağıma fəxr edirəm. Bakını çox sevdim. Hər şeyə görə çox sağ olun”.

O, 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə Azərbaycan dilində danışmağı öyrənib. 

Qeyd edək ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma  2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.

Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …