Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / NİCAT QULİYEV  VASİF TALIBOVUN  XALASI OĞLU DEYİL!

NİCAT QULİYEV  VASİF TALIBOVUN  XALASI OĞLU DEYİL!

Məlum olduğu kimi, Azərbaycann sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev iki gün əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə onun barəsində ittiham olunan maddənin ən ağırlaşdırıcı halını seçərək 3 il müddətində azadlıqdan məhrum edib. O dəfələrlə vaxtından əvvəl azadlığa çıxmaq üçün vəsatət qaldırsa, məhkəmələr onun bu vəsatətini qəbul etməyib.

N. Quliyev onun barəsində seçilən 3 il müddəti bitdikdən sonra azadlığa çıxıb. N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Azinforum.az  bildirir ki, bəzi KİV-lər həbsdən yenicə azad edilən Nicat Quliyevin Naxçıvan Muxtar Respubliksı Ali Məclisinin sədri Vasif Talıbovu  xalası oğlu olması barədə məlumatlar tirajlayıb. Qeyd edək ki, anoloji və həqiqəti əks etdirməyən bu tip məlumat Nicat Quliyev həbs edilən vaxt da dövriyəyə buraxılmışdı. Həmin vaxt Azinforum.az bu istiqamətdə araşdırma apardı və bu tip məlumatın tam yalan olduğunu üzə çıxardı. Apardığımız  araşdırma zamanı biz əslən Şərur rayonundan olan və hər iki şəxsi yaxından  tanıyan bir neçə nəfərin mövqeyinə yer verdik. Məlum oldu ki, Nicat Quliyev əslən Şərur rayonunun Yuxarı Aralıq kəndindən olsa da, onu MR Ali Məclisinin sədri ilə deyilən qohumluq telləri bağlamır. Tərəfimizdən aparılan məlum araşdırma belə bir qohumluq əlaqəsinin olduğunu iddia edən KİV tərəfindən də bizim sayta istinadən yayınlandı. Təəssüflər olsun ki, bəzi KİV-lər yenidən bu istiqamətdə canfəşanlıq göstərməklə dezinformasiya xarakterli məlumatlar tirajlayır.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın